21:30, 20.02.2023
ETN Genetik Ehtiyatlar İnstitutunun gənc mütəxəssis və alimləri Xocalı abidəsini ziyarət etdilər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) gənc mütəxəssis və alimləri 2023-cü il 20 fevral tarixində Xocalı abidəsini ziyarət ediblər. Bununla belə, Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı ümuminstitut anım tədbiri 24 fevral tarixində saat 11:00-da institutun böyük akt zalında keçiriləcəkdir. Xocalı şəhidlərinə, dövlətimizin suverenliyi uğrunda, ölkə ərazisinin işğaldan azad edilməsi yolunda dünyasını dəyişmiş bütün şəhidlərimizə Allah rəhmət eləsin! Amin!