Prezident İlham Əliyevin Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstəklə bağlı müraciətini əsas götürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda 2023-cü il 08 fevral tarixində keçirilən toplantıdan dərhal sonra institutun əməkdaşları bu kompaniyaya operativ olaraq qoşularaq, öz humanitar yardımını 10 fevral tarixində müəyyən olunmuş ünvanlara çatdırıb. Müxtəlif çeşiddə, uşaqlar üçün əşyalar, tez xarab olmayan ərzaq məhsulları, dərman preparatları və isti geyimlərdən ibarət ümumilikdə 4 bağlama Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanda yerləşən “Əl Oyunları Sarayı”na təhvil verilib, toplanmış ianə, 3 940,00 AZN isə Azərbaycan Respublikası Mərkəzi Bankı - Hökumət Ödəniş Portalı vasitəsi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının cari hesabına köçürülüb (Mədaxil Qəbzi № 1069440442). Bununla da, Türk xalqının dəhşətli təbii fəlakətə düçar olması kədərini Azərbaycan elmi ictimaiyyətinin də kədəri olaraq hesab edən, humanitar yardımın davamlılığını istisna etməyən institutun əməkdaşları, bu kompaniyada iştirak etməklə, öz mənəvi rahatlıqlarını təmin edib. Bununla belə, həm də dünyasını dəyişən soydaşlarımıza, İlahiyyat məscidində cümə namazında, zəlzələ şəhidlərinin cənazə namazında rəhmət duaları edilib. Zəlzələdən dünyasını dəyişən şəhidlərimizə Allah rəhmət eləsin, xəsarət alanlara şəfa və millətimizə səbr versin! Amin!
20:49, 11.02.2023
ETN-nin Genetik Ehtiyatlar İnstitutu humanitar yardım etdi