12:28, 08.02.2023
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu Hörmətli şöbə (laboratoriya) müdirləri və əməkdaşları
GEİ maddi humanitar yardım eləmək sahəsində öz keçmiş ənənələrinə sadiq qalaraq Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara ilkin qardaşlıq köməyi göstərmək niyyətindədir. İnstitutun əməkdaşlarının müraciətləri nəzərə alınaraq Tədbirin mütəşəkkil təşkili məqsədilə struktur bölmələrin rəhbərləri toplanmış ianələri siyahı üzrə(imzaları olmaqla) HİK-ə və ya Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinə təqdim edə bilərlər (+994503911253). Toplanmış ianələr institutun adından dövlət səviyyəsində tövsiyə olunan bank hesabına köçürüləcəkdir. Zəlzələdən dünyasını dəyişən bütün insanlara Allah rəhmət eləsin, xəsarət alanlara şəfa və millətimizə səbr versin! Amin!