НОВОСТИ
19:21, 06.01.2023
Genetik Ehtiyatlar İnstitutunun magistraturasında qış imtahan sessiyasına start verildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Azərbaycan bölməsinin “Biologiya”(Genetika-505.15-21; İnsan genetikası-505.13-21) və “Aqronomluq” (Bitkilərin seleksiyası 702.1-27) ixtisasları üzrə 1-ci kurs magistrantların qış imtahan sessiyasının “Sitogenetika”, “Epigenetika” və “Ümumi genetika” fənnlərindən ilk  imtahanları 06 yanvar 2023-cü il tarixdə keçirildi. İmtahan komissiyasının sədri, GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov ilk növbədə tələbələri yeni ilin başlanmasına və tədrisin payız sessiyasında qazandıqları yüksək ballarla imtahanda iştirak etdiklərinə görə təbrik etdi və onlara imtahanları da uğurla başa vurmalarını arzuladı. Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Vüsalə İzzətullayevanın təşkilatçılığı ilə imtahanın gedişatına ciddi nəzarət şəraitində tələbələr onlara ayrılmış kifayət qədər müddətdə imtahan biletlərinin suallarını yazılı olaraq cavablandırdılar. İmtahanlar Təhsil şöbəsi tərəfində təsdiq olunmuş qrafikə uyğun olaraq 01 fevral 2023-cü il tarixədək davam edəcək.