НОВОСТИ
10:16, 09.12.2022
Genetik Ehtiyatlar İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında elm və təhsil üzrə əməkdaşlıq memorandumu imzalanmışdır

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) baş direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmləri doktoru, professor Zeynal Əkpərov və Qərbi Kaspi Universitetində (QKU) Qəyyumlar Şurasının sədri, tarix elmləri doktoru, professor Hüseynqulu Bağırov arasında QKU-də 06 dekabr, 2022-ci il tarixində görüş keçirilmiş və iki təşkilat arasında elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə memorandum imzalanmışdır. Hər iki elmi müəssisənin alim və mütəxəssisləri tərəfindən mütəmadi olaraq dəyirmi masaların keçirilməsi, informasiya mübadiləsinin aparılması, müvafiq ixtisaslar üzrə birgə magistrant və doktorant hazırlığı və fənn proqramlarının təkmilləşdirilməsi, yeni dərsliklər, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması, fundamental tədqiqatların genişləndirilməsi məqsədilə yeni metodikalardan istifadə edilməsi üçün zəruri reaktiv və cihazların əldə olunmasına əməli köməklik göstərilməsi, eləcə də mövcud laboratoriyalarda multidisiplinar tədqiqatların genişləndirilməsi, yerli və beynəlxalq layihələrdə iştirak etmək, birgə elmi konfrans və simpoziumların keçirilməsi və s. sahələrdə əməkdaşlıq göstərilməsi Memorandumda nəzərdə tutulmuşur.

Memorandumun imzalanma mərasimi QKU-də keçirilmişdir. GEİ-nin icraçı direktoru, biologiya elmləri doktoru Mehrac Abbasov, QKU-nun icraçı prorektoru Rəşad Bağırov və universitetin digər məsul şəxsləri imzalanma mərasimində iştirak etmişlər.