Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda ( GEİ ) institutun ayrı-ayrı rayonlarda fəaliyyət göstərən struktur bölmələrinin, elmi tədqiqat bazaları, təcrübə bazaları və məntəqələrinin hesabatlarının müzakirələri 2022-ci il 01 dekabr tarixində institutun böyük Akt zalında keçirilmişdir. Qarabağ elmi tədqiqat bazası (Həmid Mehtiyev), Ağdaş elmi tədqiqat bazası ( Mabud Rəsulov), Şəki elmi tədqiqat bazası ( Coşqun Məmmədov), Abşeron təcrübə bazası ( Həmid İsmayılov), Quba Bölgə təcrübə bazası ( Dilşad Bayramova), Saray Dayaq məntəqəsi(Arif Məmmədov), Zuvand Dayaq məntəqəsinin (Elxan Nurullayev) və Tovuz elmi tədqiqat bazasının(Vasif Məmmədov) hesabatları dinlənilmişdir. İddiaçılar təqdimatları ilə il ərzində gördüyü işləri, aparılan tədqiqatların nəticələri ilə yanaşı qarşıda duran vəzifələri və ya perspektiv planlarını tədbir iştirakçılarının nəzərinə çatdırmışlar. Hər bir təqdimat ətrafında müzakirələr tənqidi olaraq aparılmışdır və hesabatlar qəbul edilmişdir. Bununla da institutun 2022-ci il 11 noyabr tarixindən başlanan aidiyyatı struktur bölmələrinin hesabatlarının müzakirəsi başa çatmışdır.
23:57, 01.12.2022
Genetik Ehtiyatlar İnstitutunda şöbə və laboratoriyaların illik hesabatlarının müzakirəsi başa çatmışdır