НОВОСТИ
21:20, 01.12.2022
Genetik Ehtiyatlar İnstitutunda şöbə və laboratoriyaların illik hesabatlarının müzakirəsi davam etdirilmişdir

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Elmi Şura üzvlərinin iştirak etdiyi növbəti iclas 2022- ci il 30 noyabr tarixində keçirilmişdir. GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, Elmi Şuranın sədri Zeynal Əkpərov iclası açıq elan etdikdən sonra gündəlikdə duran məsələlərlə iştirakçıları tanış etmişdir. 2022/2023 tədris ilində İnstitutun magistraturasına qəbul olunan magistrantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiq olunması müzakirə edilmiş və nəzərdə tutulan mövzular və uyğun olaraq elmi rəhbərlər təsdiq edilmişdir. Sonra “Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsi”nin müdiri, professor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun və “Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi”nin müdiri b.ü.f.d. Vəli Qarayevin 2022-ci il üzrə hesabatları dinlənilmişdir. Təqdimatlar üzrə geniş müzakirələr aparılmış, hər iki şöbənin elmi və elmi təşkilatı fəaliyyətlərinin inkişaf perspektivləri iddiaçılar tərəfindən dinləyicilərin nəzərinə çatdırılmışdır. Hesabatlar yekdilliklə qəbul edilmişdir.