НОВОСТИ
10:14, 17.06.2022
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun magistrantlarının dissertasiya işlərinin müdafiəsi başa çatdı

Magistratura pilləsi üzrə 4 ixtisaslaşma üzrə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun magistraturasında təhsil alan II kusr magistrantların dissertasiya işlərinin müdafiəsi 2022-ci il 16 iyun tarixində başa çatmışdır. Günün 1-ci yarısında Biologiya ixtisasında “İnsan genetikası” və “Genetika” ixtisaslaşması üzrə Magistrlik dissertasiyalarının müdafiəsi ixtisaslaşdırılmış şurada biologiya elmləri doktoru, prof. Ramiz Əliyevin sədrliyi ilə keçirilən iclasda magistrant Əkbərova Nüşabə Həmid qızı “Koronavirus ailəsinə daxil olan virusların genom verilənlərinin müqayisəli təhlili”, magistrant Hüseynova Nilufər Hikmət qızı “Kəskin limfoblastik leykemiyalı xəstələrin tumor supressor genlərində epigenetik dəyişkənliklərin tədqiqi” mövzusunda, günün 2-ci yarısında isə biologiya elmləri doktoru, dosent Aybəniz Əliyevanın sədrliyi ilə keçirilən iclasda Aqronomluq ixtisasında “ Bitkilərin mühafizəsi ” ixtisaslaşması üzrə təhsil alan magistrant Həsənova Turanə Arzu qızı “ Lobya (Phaseolus vulgaris L.) genotiplərinin antraknoz xəstəliyinə davamlılığının molekulyar genetik tədqiqi” mövzusunda, bitkilərin seleksiyası ixtisaslaşması üzrə təhsil alan magistrant Rəhimov Rəhim Qəzənfər oğlu “ Buğdanın yadcinsli amfiploidlərinin sitogenetik tədqiqi və seleksiyada istifadəsi ” mövzusunda dissertasiya işlərini onlara ayrılan müddətdə xüsusi slaydlarla təqdim etmişlər. Magistrantların əldə etdiyi elmi nəticələr, suallara verilən dolğun cavablar və dissertasiyanın nəticələrinə aid çox sayda dərc olunan yerli və beynəlxalq elmi əsərləri, ümumilikdə dissertasiya işlərinin təqdimatı şura üzvləri tərəfindən yüksək balla qiymətləndirilmişdir.

AMEA Rəyasət Həyəti aparatının Təhsil şöbəsinin Magistratura sektorunun müdiri, Fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov müdafiələrin keçirilmə prosesinə nəzarət edib və təşkilini yüksək qiymətləndirib.