Qərbi Kaspi Universitetinin biologiya ixtisasında təhsil alan dördüncü kurs tələbələri 2022-ci ilin fevral-may aylarında 3 aylıq istehsalat təcrübəsini AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda keçmişlər.Qrupun rəhbəri b.ü.f.d. Ayaz Məmmədov İstehsalat təcrübəsi müddətində tələbələri institutun aidiyyatı struktur bölmələri ilə tanış etmiş və elmi tədqiqatların aparıldığı tədqiqat obyekləri ilə mütəmadi olaraq məlumatlandırmışdır.İstehsalat təcrübəsi müddətində tələbələr institutun aidiyyatı şöbə və laboratoriyaları, laborator analizlərin aparılmasında istifadə olunan cihaz və avadanlıqlarla, onların işləmə xususiyyətləri ilə əyani olaraq yaxından tanış olmuşlar.Bununla belə, tələbələr, həm də institutun xidməti ərazisində fəaliyyət göstərən Abşeron təcrübə təsərüfat bazasında müxtəlif növ bitki genotiplərinin öyrənildiyi ayrı-ayrı əkin sahələrində də öz elmi biliklərini zənginləşdirmişlər. İstehsalat təcrübəsini uğurla başa vuran tələbələrin 26 may tarixində AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovla görüşü keçirilmişdir.Z.Əkpərov ilk öncə tələbələri təcrübələrini uğurla başa vurduqlarına görə təbrik etmiş və onlara gələck işlərində yeni-yeni uğurlar arzulamışdır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində biomüxtəlifliyin və aqro-biomüxtəlifliyin bərpa olunması ilə bağlı indiki şəraitdə gənc mütəxəssislərə, habelə elmi tədqiqatçılara çox böyük ehtiyacın olduğunu bildirən elmi müəssisənin rəhbəri onu da vurğulamışdır ki, bu tələbələrin təhsil pilləsini artıraraq gələcəkdə elmi tədqiqatla məşğul olmalarını tövsiyə etmişdir. Tələbələr də öz növbəsində istehsalat təcrübəsinin həyata keçirilməsində yaradılmış müvafiq şəraitə və əməli köməkliyə görə institutun kolektivinə öz minnətdarlıqlarını bildirmişlər.
17:55, 27.05.2022
AMEA Genetik Ehtiyatlar İnstitutunda Qərbi Kaspi Universitetinin tələbələri istehsalat təcrübəsini keçdilər