НОВОСТИ
17:39, 28.04.2022
AMEA-nın 27 aprel 2022-ci il tarixdə keçirilən ümumi yığıncağında akademik Rasim Əliquliyevin AMEA-dakı problemlərlə bağlı təklifləri Genetik Ehtiyatlar İnstitutunun çoxsaylı əməkdaşları tərəfindən rəğbətlə qarşılandı

AMEA-nın vitse-prezidenti , akademik Rasim Əliquliyevin 27 aprel 2022-ci il tarixdə AMEA-nın ümumi yığıncağında çıxışındakı təkliflər Genetik Ehtiyatlar İnstitutunun çoxsaylı əməkdaşları tərəfindən rəğbətlə qarşılanmışdır. Kadr potensialının vəziyyəti, tətbiqi və innovativ fəaliyyət, dərc olunmuş elmi əsərlər, elmin təşkili, elm və təhsil əməkdaşlığı, bilik sahəsi-riyaziyyat -informatika, AMEA-nın hüquqi statusunun və əməkdaşlarının əməkhaqlarının təkmilləşdirilməsi , elmin idarəolunması və koordinasiyasının həyata keçirilməsi işlərinin təşkili ilə bağlı İslahatlar Paketinə akademikin təklifləri Azərbaycan elminin inkişaf etdirilməsində daha çox maraqlı olduğuna dəlalət edir. Azərbaycan elminin tərəqqisi naminə edilən hər hansı bir niyyəti Allah qəbul eləsin.