НОВОСТИ
14:45, 22.04.2022
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Qarabağ Elmi-Tədqiqat Bazasının təcrübə sahələrində monitorinq keçirdilər

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının (QETB) təcrübə sahələrində monitorinq aparılması və may ayında keçirilməsi nəzərdə tutulan Tarla seminarına hazırlıq işləri ilə bağlı institutun baş meneceri b.ü.f.d. Rafail Mahmudov və Rüşeym plazması laboratoriyasının müdiri, b.ü.f.d. Sevinc Məmmədova Tərtər rayonuna ezam olunmuşlar. Mütəxəssislər Tərtər rayonunun Şıxarx qəsəbəsində bərk, yumşaq buğda və arpa genotiplərinin QETB-nin təcrübə sahələrində yetişmə fazalarına monitorinqi davam etdirmişlər. Monitorinqin nəticəsi göstərmişdir ki, təcrübə sahələrində mövzu planına uyğun olaraq müxtəlif buğda və arpa genotiplərinin kompleks morfobioloji , aqronomik əlamət və xüsusiyyətlərinin öyrənilməsi müvafiq şəraitdə tələblərə uyğun davam etdirilir.Bununla belə, may ayında keçirilməsi nəzərdə tutulan növbəti Tarla seminarına hazırlıq işləri ilə bağlı QETB-nin əməkdaşları ilə söhbətlər də aparılmışdır.