НОВОСТИ
13:24, 06.04.2022
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı ABŞ-ınAzərbaycandakı Səfirliyinin tədbirlərində geniş təqdimatla iştirak etdi

ABŞ-ın Azərbaycandakı Sərfirliyində 2022-ci il mart -aprel aylarında “Qadınların Tarixi Ayı” və “Yer ayı” ilə bağlı ətraf mühitin qorunması hərəkatında qadınların roluna həsr olunmuş tədbirlər keçirilmişdir. Tədbirlərdə AMEA-nı təmsil edən Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri, ABŞ Dövlət Departamentinin Fulbrayt post doktorantura proqramının məzunu Ruhəngiz Məmmədova müasir genetik metodlarla ətraf mühitin dəyişən stres amillərinə davamlı yeni nəsil sortların yaradılması, onların ekoloji, iqtisadi üstünlükləri barədə təqdimatla iştirak etmişdir. Mövzu ətrafında geniş müzakirələr aparılmışdır. ABŞ-da təhsil almış digər məzunlar da ətraf mühitin qorunması mövzusunda çıxış etmişlər. Azərbaycanda 27 mart-Elm gününün qeyd olunduğu dövrə təsadüf edən, Səfirliyin təşkil etdiyi tədbir ətraf mühitin qorunmasında elmi nailiyyətlərin rolu barədə ictimaiyyətin maarifləndirilməsində mühüm əhəmiyyət kəsb edir.