НОВОСТИ
21:54, 31.03.2022
Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirildi

Genetik Ehtiyatlar İnstitutunda 31 mart 2022-ci il tarixdə karantin qaydalarına əməl olunmaqla Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş Həmkarlar ittifaqı komitəsi, Gənc alimlər və mütəxəssislər şurası, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə keçirilən toplantıda Soyqırıma məruz qalmış bütün Azərbaycanlı türklərin ruhları bir dəqiqəlik sükutla anıldı. Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev, Meyvə bitkiləri şöbəsinin müdiri, b.ü.f.d. Mirzə Musayev Azərbaycanlıların ermənilər tərəfindən Soyqırımı ilə bağlı məlumatları geniş olaraq tədbir iştirakçılarının nəzərinə çatdırdılar. 2020-ci ilin 44 günlük 2-ci Qarabağ müharibəsinin Böyük Zəfərlə başa çatması nəticəsində 30 ildən çox müddətdə işğal altında qalmış torpaqların Müzəffər Ordu tərəfindən azad edilməsinə, düşmənə qalib gəlinməsinə baxmayaraq, ermənilərin xalqımıza, türk millətinə qarşı nifrət hissinin hələ uzun müddət davam edəcəyi səbəbindən cəmiyyətdə 31 mart Azərbaycanlıların Soyqırımı haqqında xalqın davamlı olaraq maarifləndirilməsi tədbirlərinin vacibliyi bir daha vurğulandı.