НОВОСТИ
21:32, 25.02.2022
AMEA -nın Genetik Ehtiyatlar İnstitutunda Xocalı soyqırımı anıldı

AMEA -nın Genetik Ehtiyatlar İnstitutunda karantin qaydalarına əməl olunmaqla 25.02.22-ci il tarixdə  növbəti Elmi Sura  keçirildı.  Şuranın sədri, GEİ-nin baş direktoru,  AMEA-nın müxbir üzvü Zeynal Əkpərov iclası açıq elan etdikdən sonra Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Zeynal Əkpərov Xocalı faciəsi ilə bağlı qısa xülasə olaraq məlumat verdi. Qeyd olunan anım gününün ötən illərdəkindən fərqliliyi vurğulandı.  2020-ci ilin 8 noyabrında 44 günlük 2-ci Qarabağ müharibəsinin Böyük Zəfərlə başa çatması nəticəsində 7 rayon işğaldan azad edilməklə  yanaşı , Qarabağın, həm də Azərbaycanın gözü olan Şuşa şəhəri də işğaldan azad olundu. Bütün Şəhidlərimizin, Xocalı şəhidlərinin və onların qisasını almaqla  şəhidlik zirvəsinə yüksələn övladlarımıza Allah rəhmət eləsin. İşğaldan azad olunmuş ərazilərdə yerinə yetirilməsi çox vacib olan bərpa və quruculuq işlərinin sürətlə həyata keçirildiyi indiki şəraitdə dövlətçiliyimizin güclənməsinə və qorunmasına xidmət edən, aparılan uğurlu dövlət siyasəti, xarici ölkələrlə əməkdaşlığın yaxşılaşdırılmsı istiqamətində  görülən işlər bunu deməyə əsas verir ki, yaxın gələcəkdə bölgənin bütün rayonlarının sosial-iqtisadi inkişafında çox böyük uğurların şahidi olacağıq. İnstitutun gənc alim və mütəxəssislərindən ibarət heyəti, həm də 25 fevral tarixində Bakı şəhərinin Xətai rayonunda  Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət etmişlər. Allah şəhidlərimizə rəhmət eləsin. Zeynal Əkpərov  Elmi Şuranın iclasının gündəliyində duran məsələnin həlli ilə bağlı, 2022-ci il üçün elmi tədqiqat işlərinin əhatəli Proqram və fərdi iş planlarının müzakirəsi üçün aidiyyatı şöbələrin müdirlərinə söz verdi.  Molekulyar genetika və genomika, Molekulyar sitogenetika, Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları, Beynəlxalq və ictimaiyyətlə əlaqələr  şöbələrinin müdirləri planlaşdırılan mövzuların mərhələləri haqqında müfəssəl məlumat verdilər. Bununla da institutun aidiyyatı şöbələrinin Proqram və fərdi iş planlarının fevral ayında başlanmış müzakirəsi tam başa çatdırıldı. Gündəlikdə duran  digər növbəti  məsələyə, ixtisas üzrə dosent elmi adının verilməsi barədə müraciətlərə də baxıldı,  gizli səsvermənin nəticəsi 3 qrup üzrə xüsusi  komissiyaların rəyi ilə müsbət qiymətləndirildi.

 

FOTO>>>

 

© www.genres.az