НОВОСТИ
22:15, 23.02.2022
AMEA-nın Genetik Ehtiyatlar İnstitutu əməkdaşlarının elmi yaradıcılıq fəaliyyətləri və yubileyləri rəhbərlik tərəfindən yüksək qiymətləndirildi

 AMEA GEİ-nin Texniki və yem bitkiləri şöbəsinin iki əməkdaşının, a.e.i., b.ü.f.d. Hüseynova Lyudmila Ələsgər qızının anadan olmasının 80 ili və a.e.i., b.ü.f.d., dosent Abduləliyeva Gülşən Surxay qızının 60 yaşı institutun rəhbərliyinin, Həmkarlar ittifaqı komitəsinin, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxslərinin iştirak etdiyi 22.02.2022-ci il tarixdə keçirilən tədbirdə qeyd olunmuşdur. İnstitutunun eyni şöbəsində uzun müddət yaradıcı elmi tədqiqat fəaliyyəti ilə məşğul olan hər iki alim, Hüseynova Lyudmila Ələsgər qızı elmə həsr elədiyi 57 illik ümumi əmək fəaliyyətinin 49 ili, Abduləliyeva Surxay Gülşən qızının isə 38 illik əmək fəaliyyəti İnstitutda keçmişdir. İnstitutun alimləri  Hüseynova Lyudmila Ələsgər qızının və Abduləliyeva Gülşən Surxay qızının öz elmi yaradıcılıq fəaliyyətlərini uğurla davam etdirdikləri və  zəngin elmi fəaliyyətləri, eləcə də apardıqları elmi tədqiqat işlərinin həcmi və dəyəri nəzərə alınaraq İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun  müvafiq saylı əmri ilə Fəxri Fərmanla təltif olunmuş və mükafatlandırılmışlar.Tədbir iştirakçıları çıxışları ilə yubilyarlara   öz xoş arzularını çatdırmışlar.