НОВОСТИ
15:58, 01.02.2022
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun magistraturasında qış imtahan sessiyası başa çatdı.
“AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında ”AMEA-nın 21 dekabr 2021-ci il tarixli sərəncamına əsasən Genetik Ehtiyatlar İnstitutunun Təhsil şöbəsinin təşkil etdiyi Azərbaycan bölməsinin “Biologiya” və “Aqronomluq” ixtisasları üzrə 06 yanvar 2022-ci il tarixdə başlanan I və II kurs magistrantların qış imtahan sessiyası 01.02.2022-ci il tarixdə başa çatdı. Sonuncu imtahanlar “Dənli taxıl və paxlalı bitkilərin seleksiyası”, “Dənli taxıl və paxlalı bitkilərin xəstəlikləri və zərərvericiləri” və “Elmi tədqiqatın metodologiyası” fənnləri üzrə keçirildi.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” na riayət olunmaqla qış imtahan sessiyası 10 gün davam etdi.
Qış imtahan sessiyasında “Biologiya” (Genetika-505.15-21; İnsan genetikası-505.13-21) ixtisası üzrə “Sitogenetika”, “Epigenetika”, “Molekulyar genetik metodlar”, “Molekulyar genetika”, “Biologiyanın müasir problemləri”, “Biologiyanın tarixi və metodologiyası”, “Aqronomluq” (Bitkilərin seleksiyası 702.1-27) ixtisası üzrə “Ümumi genetika”, “Seleksiya və toxumçuluğun müasir problemləri”, “Seleksiyanın tarixi və metodologiyası”, “Biometriya”, “Bitki virusologiyası” fənnlərindən imtahan verən 9 magistrant (1-ci kurs) öz bilik səviyyələrini müvəffəqiyyətlə nümayiş etdirdilər. “Biologiya” (Genetika-505.13-20; İnsan genetikası-505.11-20) ixtisası üzrə “İnsan genetikası”, “Genomiks ”, “Bioinformatika”, “İmmunologiyanın əsasları”, “İmmunogenetika”, “Elmi tədqiqatın metodologiyası”, ” Biostatistik proqramlar” və “Aqronomluq” (Bitkilərin seleksiyası 702.3-20; Bitkilərin mühafizəsi 702.1-20) ixtisası üzrə “Bitki biotexnologiyası və molekulyar seleksiya”, “Meyvə bitkilərinin seleksiyası ”, “Bioinformatika”, “Texniki bitkilərin seleksiyası”, “Dənli taxıl və paxlalı bitkilərin seleksiyası”, “Tərəvəz bitkilərinin xəstəlikləri və zərərvericiləri”, “Meyvə bitkilərinin xəstəlikləri və zərərvericiləri”, “Texniki bitkilərin xəstəlikləri və zərərvericiləri ”, “Dənli taxıl və paxlalı bitkilərin xəstəlikləri və zərərvericiləri” fənnlərindən imtahan verən 4 magistrant (2-ci kurs) sessiyanı uğurla başa vurdular.