НОВОСТИ
16:15, 28.12.2021
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları 27 dekabrda “Çanaqqala” istirahət mərkəzində Yeni il şənliyində iştirak etdilər.

AMEA Genetik Ehtiyatlar İnstitutunun Həmkarlar İttifaqı Komitəsi ilə Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə yaxınlaşmaqda olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 27 dekabrda “Çanaqqala” istirahət mərkəzində şadlıq mərasimi keçirildi. GEİ-nin rəhbərliyinin də iştirak etdiyi bu tədbirdə gənc alim və elmi tədqiqatçılarla yanaşı, həm də institutun 2021-ci il yubilyarları da iştirak etdilər. İnstitutun 2021-ci ili öz elmi fəaliyyətləri ilə uğurla başa vurmuş əməkdaşları istirahət mərkəzinin yüksək xidməti sayəsində Azərbaycanın milli xörəkləri ilə qidalandılar, müsiqi sədaları altında rəqs etdilər. Tədbir xoş əhval -ruhiyyə ilə başa çatdı. Böyük Zəfərin 1-ci ildönümünün qeyd olunduğu, erməni işğalından azad olunmuş ərazilərdə dövlət səviyyəsində bərpa və quruculuq işlərinin çox sürətlə aparıldığı 2021-ci il institut üçün də uğurlu olmuşdur. İnstitut da (struktur bölməsi olan Qarabağ elmi tədqiqat bazası) işğaldan azad olunmuş Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləsən Bazasına qayıtmışdır. Öz çoxsaylı elmi nailiyyətləri ilə yanaşı ölkənin ictimai siyasi həyatındakı uğurlardan qürur hissi keçirən institutun əməkdaşları ölkə ərazilərinin işğaldan azad edilməsi uğrunda dünyasını dəyişmiş şəhidləri unutmayaraq (Allah rəhmət eləsin), bu günkü asudə və rahat istirahətləri üçün Allaha şükür etdilər. Tədbirdən sonra iştirakçılar belə bir tədbirin həyata keçirilməsi üçün institutun rəhbərliyinə, həmkarlar ittifaqı komitəsinə, Gənc alim və mütəxəssislər şurasının üzvlərinə, Şuranın sədri Günel Musayevaya öz dərin minnətdarlıqlarını bildirdilər.