НОВОСТИ
20:18, 27.12.2021
AMEA Genetik Ehtiyatlar İnstitutunun yubilyarları baş direktor, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun Fəxri Fərmanları ilə təltif olundu.

AMEA Genetik Ehtiyatlar İnstitutunun 60, 70, 80, 84 və 85 il yubilyarlarının təltif olunması ilə bağlı 2021-ci il 27 dekabr tarixdə, karantin qaydalarına əməl olunmaqla böyük akt zalında toplantı keçirildi. AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru Zeynal Əkpərov toplantı iştirakçılarını salamladı, iclasın gündəliyində istitutun 60, 70, 80, 84 və 85 yaşlı əməkdaşlarının təltifi olunması, habelə yeni bitki sortu müəlliflərinə Müəlliflik şəhadətnamələrinin təqdim edilməsi ilə bağlı məsələlərin olduğunu bildirdi. İlk növbədə institutun kollektivinin bütün üzvlərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yaxınlaşmaqda olan Yeni- 2022 il münasibətilə təbrik etdi. İşğaldan azad olunmuş ərazilərdə Dövlət səviyyəsində bərpa və quruculuq işlərinin sürətlə aparıldığı və Böyük Zəfərin 1-ci ildönümünün ölkədə ruh yüksəkliyi ilə qeyd olunduğu 2021-ci ilin, həm də institutun elmi fəaliyyətinə dair çoxsayda nailiyyətləri haqqında məlumatları özündə ehtiva edən 15 dekabr tarixli illik hesabatının institutda ən xoş xatirələrə çevrildiyi bildirildi. Əldə edilmiş uğurların səbəbkarları olan elmi tədqiqatçılardan, alimlərdən, ümumilikdə 17 əməkdaşının yubileylərinin təntənəli olaraq keçirilməsi baxımından GEİ-nin 22 dekabr 2021-ci il tarixli, 756/C nömrəli Əmri ilə Fəxri Fərmanlarla təltif olunmuşdur. Biokimyəvi genetika və texnologiya şöbəsinin a.e.i. , b.ü.f.d., Qasımov Qədir Qasım oğlunun 85 il, Fizioloji genetika şöbəsinin müdiri, b.e.d., professor Əliyev Ramiz Nağı oğlunun 84 il, Meyvə bitkiləri şöbəsinin b.e.i., b.ü.f.d. Məmmədov Qorxmaz Məcnun oğlunun və Ağdaş elmi tədqiqat bazasının b.e.i., b.ü.f.d. Quliyev Fəqan Şükür oğlunun 80 il, Texniki və yem bitkiləri şöbəsinin elmi işçisi Yunusova Firuzə Məmmədtağı qızının, Fizioloji genetika şöbəsinin b.e.i., b.ü.f.d. Məcidova Gülarə Seyidağa qızı, Biokimyəvi genetika və texnologiya şöbəsinin e.i. Kərimova Fəridə Əziz qızının, Dənli, taxil və paxlali bitkilər şöbəsinin böyük laborantı Ramazanov Firuddin Fərrux oğlunun və Qasımova Tərgül Müzəffər qızının, Təchizat və xidmət şöbəsinin baş mühəndisi Quliyev Zakir Fazil oğlunun, Quba Bölgə təcrübə bazasının müdiri, b.ü.f.d. Şükürov Teyyub Xuduş oğlunun 70 il, Rüşeymin plazması Laboratoriyasının müdiri, b.ü.f.d., dosent Məmmədova Sevinc Əmir qızının, Kompüter genomikası beynəlxalq laboratoriyasının müdiri, b.ü.f.d. Salamov Asəf Ağa Cavad oğlu, Fizioloji genetika şöbəsinin a.e.i., b.ü.f.d. Hüseynova Təravət Nəriman qızı, Texniki və yem bitkiləri şöbəsinin laborantı Mehtiyeva Qəşəngül Xansuvar qızının və Meyvə bitkiləri şöbəsinin laborantı Məmmədova Sədaqət Hüseynağa qızı, Ağdaş elmi tədqiqat bazasının baş aqranomu Qasımov Nəsir Yüsif oğlu və Qarabağ elmi tədqiqat bazasının əməkdaşı Şirinov Möhübbət Ağamməd oğlunun 60 il yubileylərinə görə Fəxri Fərmanlarla təltif edildiyi toplantı iştirakçılarının nəzərinə çatdırıldı. Fəxri Fərmanlar şeh təravətli çiçəklərin buketlərlə toplantı iştirakçılarının alqışları ilə Yubilyarlara təqdim olundu. Bununla belə yumşaq buğdanın “Start” (Z.İ.Əkpərov , M.Ə. Abbasov, C.M.Təlai, A.M.Abdullayev, H.M. Şıxlinski, H.B.Sadıxov) və bərk buğdanın “Maya” (Z.İ.Əkpərov , M.Ə. Abbasov, F.A.Şeyxzamanova, S.P.Rzayeva, R.H.Cəfərova, X.N.Rüstəmov, H.B.Sadıqov) sortu seleksiya nailiyyətinin müəlliflərini, həmçinin AMEA-nın Naxçıvan Bioresurslar İnstitutu ilə aparılmış birgə tədqiqatın nəticəsi olaraq “Naxçıvan Muskatı” (V.M.Quliyev, M.K.Musayev) üzüm sortunun institutdan olan müəlliflərini Zeynal Əkpərov bir-bir təbrik elədi və onlara müvafiq Müəlliflik şəhadətnaməsini təqdim etdi. Tədbir iştirakçılarına, institutun ictimaiyyətinə yeni ildə sağlam həyat və elmi yaradıcılıqlarında yeni-yeni uğurlar arzuladı.