НОВОСТИ
20:25, 12.11.2021
Karantin qaydalarına əməl olunmaqla 12 noyabr 2021-ci il tarixdə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Elmi şurasında şöbələrin illik hesabatlarına başlanıldı

AMEA Genetik Ehtiyatlar İnstitutunun şöbə, laboratoriya və elmi tədqiqat bazalarının illik hesabatlarının Elmi Şurada müzakirəsi üzrə təsdiq olunmuş Qrafikə uyğun olaraq 12 noyabr 2021-ci il tarixdə Texniki və yem bitkiləri, Tərəvəz və bostan bitkiləri, Meyvə bitkiləri şöbələrinin illik hesabatları Elmi şurada geniş müzakirə olundu. Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü ilk olaraq təqdimat üçün sözü Meyvə bitkiləri şöbəsinin müdiri a.e.ü.f.d. Mirzə Musayevə verdi. İddiaçı il ərzində mərhələlər üzrə görülmüş işlərin nəticələrini iştitakçıların nəzərinə çatdırdı. Daha sonra Tərəvəz və bostan bitkiləri şöbəsinin müdiri b.ü.f.d. Sabir Həsənov məruzə etdi. Sonda Texniki və yem bitkilərinin şöbə müdiri b.ü.f.d. Ruhəngiz Məmmədova 2021-ci ilin mövzu planına əsasən mərhələlər üzrə görülmüş işləri və nəticələrini şüra üzvlərinin və iştirakçıların nəzərinə çatdırdı. Bütün təqdimatlar slayd formasında əhatəli olaraq müfəssəl şəkildə dinləyicilərin nəzərinə çatdırıldı. Hər bir təqdimatın sonunda mövzunun ayrı-ayrı mərhələlərinin icrası ilə bağlı verilmiş suallar iddiaçılar tərəfindən cavablandırıldı. Təqdim olunan hesabatlar müəyyən irad və tövsiyyələr bildirilməklə yekdilliklə qəbul olundu. İnstitut üzrə hesabatların müzakirəsi davam edir.