НОВОСТИ
16:05, 23.10.2020
Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, b.ü.f.d., dosent M.Abbasov “Qida Təhlükəsizliyi üzrə Elmi Komitə”-nin üzvü seçilmişdir

AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Abbasov Mehrac Əli oğlu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda yaradılmış “Qida Təhlükəsizliyi üzrə Elmi Komitə”-nin üzvü seçilmişdir.  Elmi Komitə qida təhlükəsizliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində elmi sübutlara əsaslanan risklərin təhlili sisteminin formalaşdırılması, eləcə də layihələrin, genetik modifikasiya olunmuş orqanizmlər üzrə biotəhlükəsizlik qaydalarının və digər normativ sənədlərin hazırlanmasına və həyata keçirilməsinə elmi dəstək vermək üçün yaradılmışdır.

M.Abbasov 2012-ci ildən AMEA Genetik Ehtiyatlar İnstitutunda fəaliyyət göstərən genetik modifikasiya olunmuş bitkilər üzrə Ekspert Şurasının sədri, 2013-cü ildən isə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) GMO üzrə milli əlaqələndiricisidir.

 

©  www.science.gov.az