НОВОСТИ
15:34, 05.08.2020
Akademik İradə Hüseynova: "AMEA alimləri dünyada koronavirusa qarşı vaksinin hazırlanmasında yaxından iştirak edir"

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) iki beynəlxalq laboratoriyasının rəhbərləri dünyanın aparıcı elmi tədqiqat müəssisələrində COVID-19-a qarşı vaksinin hazırlanması prosesində yaxından iştirak edirlər.

Bu barədə AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, MBBİ-nin direktoru, akademik İradə Hüseynova avqustun 4-də “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda məlumat verib.

Vitse-prezident vurğulayıb ki, MBBİ-də, eləcə də AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda koronavirus genomunun oxunması üçün zəruri olan bütün imkanlar mövcuddur.

İradə Hüseynova bu genomların verilənlər bazalarında olan məlumatlarla müqayisəli təhlil olunması prosesini həyata keçirmək üçün akademiyada yüksəkixtisaslı kadrların fəaliyyət göstərdiyini də bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.