AMEA Genetik Ehtiyatlar İnstitutunun 4 nəfər magistrant dissertasiya işlərinin onlayn formada müdafiəsi keçirildi. Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov giriş sözü ilə açaraq müdafiə şurasının üzvlərinə və magistrantlara uğurlar dilədi.
Sonra isə Müdafiə Şurasının sədri b.e.d., prof. Ramiz Əliyev sözü növbə ilə magistrantlara verdi. Magistrant Leyla İbrahimova “Yoğun bağırsağın adenomatoz polip mənşəli şişlərində DNT reparasiya genlərinin tədqiqi”, , Xədicə Bayramova “Model orqanizmlərdə ortoloji genlərin kodon tərkibinin müqayisəli analizi”, Fərid Məmmədli “Hepatosellular karsinoma xəstəliyinin molekulyar genetik identifikasiyası” və Nahid Nəzərov “Nar genomunun gen tərkibinin digər ali bitkilərlə müqayisəli tədqiqi” mövzularında yerinə yetirdikləri dissertasiya işlərinin mühüm məqamlarını seminar iştirakçılarının diqqətinə çatdırdılar. 3 saat davam edən prosesdə hər bir magistrant yerinə yetirdiyi tədqiqat işlərini uğurla müdafiə etdi.
Qeyd edək ki, Müdafiə Şurasınının üzvləri ilə yanaşı AMEA-nın elm və təhsil idarəsinin magistratura şöbəsinin müdiri, a.ü.f.d. Fikrət Feyziyev də iştirak müdafiədə iştirak etdi. Aparılan müzakirədə hər bir magistrantın işi müsbət qiymətləndirilərək magistr dərəcəsi almaları məqsədəuyğun hesab edildi.
Daha sonra Müdafiə Şurasının üzvləri gizli səsvermə yolu ilə magistrların işlərini qiymətləndirdilər.