ОБЪЯВЛЕНИЯ
16:46, 20.05.2026
ELAN
AR ETN Genetik Ehtiyatlar İnstitutu 2026-cı il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir
AR ETN Genetik Ehtiyatlar İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 320s nömrəli sərəncamı ilə təsdiq edilmiş plana uyğun olaraq aşağıda göstərilən ixtisaslar üzrə büdcə hesabına fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:
2409.01 – “Genetika” – 5 yer (2 əyani, 3 qiyabi, o cümlədən NDU üçün 1 məqsədli yer);
3103.04 – “Seleksiya və toxumçuluq” – 1 yer (əyani).
Sənədlərin qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya elektron sənəd qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı vasitəsilə 19 may 2026-cı il saat 11:00-dan 09 iyun 2026-cı il saat 18:00-dək davam edəcəkdir.
Əlavə məlumat almaq üçün İnstitutun Təhsil şöbəsinə müraciət etmək olar.
Əlaqə nömrəsi: Tel.: (+99412) 449-92-21
Email: vusalam_genetic@mail.ru