НОВОСТИ
10:05, 13.04.2026
Qarabağ Elmi Tədqiqat Bazasında maarifləndirici ekskursiya təşkil olundu
10 aprel 2026-cı il tarixində Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, inzibati və pedaqoji heyəti, eləcə də bir qrup tələbədən ibarət nümayəndə heyəti Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasına səfər etmişdir.
Səfər çərçivəsində qonaqlar baza rəhbəri Məhəmməd Şirinov tərəfindən qarşılanmış və seleksiya sahələrinə ekskursiya təşkil olunmuşdur. İştirakçılara təsərrüfatın tarixi, inkişaf mərhələləri və müasir fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Ekskursiya zamanı institut alimlərinin son illərdə yaratdığı rayonlaşmış və perspektivli sortlar – Yaşma, Şuşa, Karvan, Savalan, Maya, Cənub, Alyans, Viləş və Start sortlarının yüksək məhsuldarlıq potensialı, eləcə də hazırda sınaqdan keçirilən hibrid nümunələr barədə məlumat təqdim olunmuşdur.
Bununla yanaşı, qonaqlar bazada aparılan elmi-tədqiqat işləri, seleksiya nailiyyətləri, tətbiq olunan müasir yanaşmalar və əsas fəaliyyət istiqamətləri ilə yaxından tanış olmuş, mütəxəssislər tərəfindən tələbələrə praktiki biliklər təqdim edilmişdir.