НОВОСТИ
14:49, 26.02.2026
Genetik Ehtiyatlar İnstitutunda Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı tədbir keçirilib
AR ETN Genetik Ehtiyatlar İnstitutunda 26 fevral 2026-ci il tarixində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə əvvəlcə faciə qurbanlarının və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində Xocalı sakini , institutun aparıcı elmi işçisi, b.ü.f.d. Əkpər Kərimov çıxış edərək 1992-ci ilin fevralında baş vermiş dəhşətli hadisələr, dinc əhalinin üzləşdiyi ağır faciələr və doğma yurdlarından məcburi köçkün düşmələri barədə danışıb. O, həmin günlərin ağrı-acısını, itkilərin yaratdığı sağalmaz yaraları tədbir iştirakçıları ilə bölüşərək Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Daha sonra Xocalı soyqırımının törədilməsini əks etdirən videoçarx nümayiş etdirilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!