НОВОСТИ
11:51, 18.02.2026
Bakı Dövlət Universiteti tələbələri Genetik Ehtiyatlar İnstitutunda istehsalat təcrübəsinə başlayıblar
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Bakı Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, Biologiya fakültəsinin IV kurs tələbələri 17 fevral 2026-cı il tarixindən etibarən institutda istehsalat təcrübəsinə başlayıblar.
Təcrübənin ilk mərhələsində tələbələr GEİ-nin Molekulyar genetika və genomika şöbəsi, eləcə də Rüşeym plazması laboratoriyasının fəaliyyəti ilə tanış olublar. Onlara elmi tədqiqatların aparılması prinsipləri, əldə olunan nəticələrin istehsalatda tətbiqi mexanizmləri barədə ətraflı məlumat verilib, həmçinin müasir cihaz və avadanlıqlar nümayiş etdirilib.
Bununla yanaşı, tələbələrə Milli Genbankda bitki genetik ehtiyatlarının mühafizəsi, qorunması və səmərəli istifadəsi istiqamətində görülən işlər barədə də məlumat təqdim olunub.
Təcrübə proqramına uyğun olaraq, tələbələr növbəti mərhələlərdə institutun digər şöbə və laboratoriyalarında da praktiki biliklər əldə edəcək, ixtisasları üzrə bacarıqlarını inkişaf etdirəcəklər.