ОБЪЯВЛЕНИЯ
10:25, 16.02.2026
ELAN
18.02.2026-cı il tarixində saat 11:00-da b.e.d., AMEA-nın müxbir üzvü İlham Şahmuradovun “Məməlilərin və bitkilərin annotasiya olunmuş mRNT-lərindəki əlavə Açıq Oxuma Çərçivələri məlum olmayan zülallar kodlaşdıra bilərlər” mövzusunda seminarı keçiriləcək.
Seminara institutun elmi işçiləri dəvət olunur.
Məruzənin əsas tezisləri
-“Neçə genimiz var?”, “Hüceyrələrimizdə cəmi neçə müxtəlif zülal sintez olunur?” sualları cavabsızdır. Bu digər orqanizmlər, o cümlədən bitkilər üçün də aktualdır.
-Əksər eukariot zülallarının sintezinin inisiasiya nöqtələri (əsasən mRNT-lərin əvvəlində yerləşən) “CAP”-dan asılı skan mexanizmi ilə müəyyən olunur. Lakin “ribosomların daxili giriş saytları” (IRES) sayəsində translyasiya mRNT-nin CAP-dan uzaq nöqtələrində də başlaya bilər.
-Ximer RNT-lər müxtəlif genlərin nukleotid ardıcıllıqları əsasında yaranan transkriptlərdir. Son illərdə aşkar olunmuşdur ki, ximer RNT-lərin yaranma yollarından biri transkripsiya səhvləri, alternativ splaysinq və trans-splaysinq nəticəsində 2 genin ekzonlarının birləşməsidir.
-5 məməli orqanizm və 7 bitkinin annotasiya olunmuş mRNT ardıcıllıqlarında potensial yeni açıq oxuma çərçivələrinin (AOÇ) axtarışı və onlarln mümkün funksional rolunun tədqiqi, həmçinin 5 məməli orqanizmdə və 6 bitkidə mümkün ximer mRNT-lərin və zülalların axtarışı həyata keçirilmişdir.
-Seminarda bu tədqiqatların əsas nəticələri təqdim olunacaqdır.