НОВОСТИ
17:13, 26.09.2025
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda 26 sentyabr 2025-ci tarixində Həsənova Aypara Baxşeyiş qızının biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işinin FD 1.37 Dissertasiya Şurasının iclasında müdafiəsi keçirilmişdir.
O, “Genetika” ixtisası üzrə “Xroniki mieloleykoz zamanı target terapiyanın monitorinqində və proqnozunda sitogenetik və molekulyar-genetik müayinələrin rolu” mövzusunda dissertasiya işini iştirakçıların nəzərinə çatdırmışdır.
Rəsmi opponentlərin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır.
Gizli səsvermənin nəticələrinə əsasən, Aypara Həsənovaya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir.