НОВОСТИ
18:00, 24.09.2025
Genetik Ehtiyatlar İnstitutunda Dissertasiya Şurasının seminarı keçirilmişdir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda 24 sentyabr 2025-ci il tarixində Mirzəyeva Arzu Rəfail qızının 3110.01 -“Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi, seleksiyası, genetikası və çoxaldılması” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin BFD 3.21 Dissertasiya Şurasının elmi seminarında müzakirəsi keçirilmişdir.
İddiaçı aqrar üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “Genetik ehtiyatlardan, seleksion-genetik parametrlərdən və çarpazlaşdırma metodlarından istifadə etməklə təkrar yemləmələr üçün dözümlü tut ipəkqurdu cinslərinin yaradılması ” mövzusu ilə çıxış etmişdir.
Seminar üzvlərinin rəyləri dinləndikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır. Tədqiqat işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə tam cavab verdiyindən, elmi seminar üzvləri tərəfindən müsbət qiymətləndirilmiş və əsas müdafiəyə buraxılması tövsiyə edilmişdir.