НОВОСТИ
15:53, 15.01.2025
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda Molekulyar sitogenetika şöbəsinin elmi işçisi Namazova Ləman Hüseyn qızının təqdim etdiyi dissertasiya işinin birləşmiş şöbələrin seminarında ilkin müzakirəsi keçirilmişdir.
İddiaçı biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “Buğda-egilops hibridlərində genetik dəyişkənliklərin molekulyar sitogenetik tədqiqi" mövzusu ilə çıxış etmişdir.
Seminar üzvlərinin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır. Tədqiqat işi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmiş və növbəti mərhələdə müzakirə olunması məqsədəuyğun hesab olunmuşdur.