ОБЪЯВЛЕНИЯ
14:34, 10.10.2024
QAYDALAR
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyininn Genetik Ehtiyatlar İnstitutunda Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi” mövzusunda 2024-cü il 29-30 oktyabr tarixində Respublika elmi konfransının keçirilməsi ilə bağlı tələblər
1. Konfransın istiqamətləri:
1. Bitki genetik ehtiyatlarının toplanılması, sənədləşdirilməsi və mühafizəsi
2. Bitki genetik ehtiyatlarının kompleks tədqiqi, qiymətləndirilməsi və səmərəli istifadəsi
3. Heyvan genetik ehtiyatlarının mühafizəsi və tədqiqi
4. Genetik ehtiyatlarının molekulyar genetik identifikasiyası və genom analizi
5. İrsi və anadangəlmə xəstəliklərin molekulyar-genetik əsaslarının, insan genomunun tədqiqi
2. Konfransın işçi dili:
- Azərbaycan dili
3. Konfransın keçirilməsi ilə bağlı tarixlər
- Tezisin son göndərilmə tarixi 21.10.2024-cü il
- Konfrans proqramının elan olunması 25.10.2024-cü il
- Konfransın keçirilməsi 29-30.2024-cü il
- Tezislərin nəşri 25.11. 2024-cü il
Tərtibat qaydaları:
1. Tezislər konfransın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir;
2. Azərbaycan, türk, ingilis və rus dillərindən birində yazılmalıdır;
3. Əvvəllər nəşr olunmamalıdır;
4. Tezisin mövzusu aktual və orijinal olmalıdır;
5. Tədqiqatın nəticələri elmi və praktik əhəmiyyət daşımalıdır;
6. Mətninin ümumi həcmi 1 səhifəni keçməməlidir, Times New Roman şriftlə Microsoft Word redaktorunda hazırlanmalıdır (şrift -12, sətirlərarası interval 1.15, abzas 1.0 sm.);
7. Səhifə ölçüləri: sol kənarının – 2.5 sm, sağ kənarı -1.5 sm, alt və üst kənarının – 2.0 sm ölçüdə olmalıdır;
8. Tezisin adı səhifənin mərkəzində verilməlidir(böyük hərflərlə, qalın, şrift- 12);
9. Növbəti sətirdə mərkəzdən müəllifin elmi dərəcəsi, elmi adı, soyadı, adı göstərilməlidir (adi hərflərlə, qalın, şrift- 12), məruzəçinin adı altından xətt çəkilməlidir;
10. Növbəti sətirdə mərkəzdən müəlliflərin işlədiyi və ya təhsil aldığı müəssisənin adı(adi hərflərlə, qalın, şrift- 12);
11. Növbəti sətirdə mərkəzdən məruzəçinin elektron ünvanı yazılmalıdır (adi hərflərlə, şrift- 12);
12. Tezisin mətni sətirdən sətrə keçirilmədən yığılmalıdır.
- İşçi qrupu tərəfindən tezis dəyərləndirilərkən verilmiş müvafiq rəyə uyğun olaraq nəşr edilmək üçün qəbul olunur;
- İradlar olan tezis düzəlişlər edilmək üçün müəllifinə göndərilir;
- İradlar nəzərə alınaraq yeni redaksiyada tərtib olunmuş tezis qəbul olunması üçün müəllif təkrar müraciət etməlidir;
- İşçi qrupu tərəfindən imtina olunan tezisin nəşr edilməsi üçün müəllif təkrarən müraciət edə bilməz;
- Tezisin qəbul olunması haqqında müəllifə məktub göndərilir;
- Təqdim olunan tezislər tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək;
- Tezisin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır;
- Təşkilat komitəsi tərəfindən seçilmiş və konfransda təqdim olunmuş tezislər konfransın materialları toplusunda nəşr ediləcəkdir.
5. Adıgedən konfransda məruzə olunmayan materiallar (tezislər) çap edilmir.
6. Konfrans materialları təşkilat komitəsinin ünvanına göndərilməlidir: konfransmateriallari2024@gmail.com
7. Əlaqələndirici şəxs: Samir Qəhrəmanov
- Əlaqə telefon: +994125625478; +994506130393
 
Qeyd: Aktuallığı, orijinallığı və elmi yeniliyi ilə seçilən tezislər redaksiya olunduqdan sonra xüsusi topluda çap ediləcəkdir.