НОВОСТИ
16:06, 12.09.2024
Genetik Ehtiyatlar İnstitutunda ixtisas fənnləri üzrə qəbul imtahanları keçirilmişdir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda 11 sentyabr 2024-cü il tarixində “Genetika” və “Seleksiya və toxumçuluq” ixtisasları üzrə doktoranturaya qəbul imtahanları keçirilmişdir. İmtahanlar institutda hər iki ixtisas üzrə yaradılmış komissiyalar tərəfindən qəbul edilmiş, Genetika ixtisası üzrə 1 nəfər, Seleksiya və toxumçuluq ixtisası üzrə isə 2 nəfər imtahanlarda iştirak etmişdir. İddiaçılar həm yazılı və həm də şifahi olaraq onlara verilən sualları cavablandırmış və komissiya üzvlərinin ümumi rəyi nəzərə alınmaqla yüksək qiymətlə qiymətləndirilmişlər.