НОВОСТИ
15:49, 25.07.2024
Bolqarıstan Milli Genetik Toxum Bankının əməkdaşları təlim kursunda olmuşlar
Bolqarıstan Kənd Təsərrüfatı Akademiyası "Konstantin Malkov" adına Bitki Genetik Ehtiyatları İnstitutunun Milli Genetik Toxum Bankının əməkdaşları texnika elmləri üzrə fəlsəfə doktoru, dossent Gergana Desheva və biologiya elmləri üzrə fəlsəfə doktoru Evgeniya Kostadinova Milli Genbakda ölkə üzrə bitki genetik ehtiyatlarının toplanması, öyrənilməsi və mühafizəsi ilə bağlı təlim kursunda olmuşlar.
Milli Genbankın mütəxəssisləri tərəfindən keçirilən təlim kursunda qonaqlar Azərbaycanın bitki genetik ehtiyatlarının etibarlı mühafizəsi və səmərəli istifadəsi, keyfiyyət təminatı sisteminin qurulması, Milli İnformasiya Sistemi və Mərkəzi Məlumat Bazasının fəaliyyəti, beynəlxalq məlumat bazalarına inteqrasiya, bu sahədə beynəlxalq siyasət və milli siyasətlərin formalaşdırılması və gələcək genbankların tələbləri, eləcə də bitki genetik ehtiyatları üzrə milli və beynəlxalq sistemlər mövzusuna aid məruzələri dinləmiş və müzakirə etmişlər.
Milli Genbankda baş tutan təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.