НОВОСТИ
12:23, 23.07.2024
Bolqarıstan Bitki Genetik Ehtiyatları İnstitutunun əməkdaşları Genetik Ehtiyatlar İnstitutunda olmuşlar
Bolqarıstan Kənd Təsərrüfatı Akademiyası "Konstantin Malkov" adına Bitki Genetik Ehtiyatları İnstitutunun Milli Genetik Toxum Bankının menecerləri texnika elmləri üzrə fəlsəfə doktoru, dossent Gergana Desheva və Evgeniya Kostadinova iş təcrübəsini öyrənmək və qarşılıqlı təcrübə mübadiləsini bölüşmək üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda olmuşlar.
Bolqarıstan Bitki Genetik Ehtiyatları İnstitutunun əməkdaşları 5 gün ərzində institutun şöbə və laboratoriyalarında aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olmuşlar. Daha sonra qonaqlar Milli Genbankda ölkə üzrə bitki genetik ehtiyatlarının elmi, metodiki cəhətdən toplanması, öyrənilməsi və mühafizəsi ilə bağlı iş təcrübəsini öyrənmişlər. Hər iki tərəfdən əldə edilmiş təcrübənin mübadilə olunması məqsədilə geniş müzakirələr aparılmışdır.
Həmçinin tərəflər arasında elmi tədqiqat, potensialın artırılması, istehsal fəaliyyəti sahəsində qarşılıqlı faydalı əməkdaşlığa dair memorandum imzalanmışdır. Yekunda qonaqlar əldə etdikləri təcrübəyə dair sertifikatla təltif olunmuşlar.