Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun İmmunogenetika şöbəsinin baş elmi işçisi, a.e.d. Cəbrayıl Ağayevin iştirakı ilə Şəki Elmi Tədqiqat Bazasında genofonda daxil olan mədəni bitkilərin xalq və elmi seleksiyasına aid sortnümunələrin tinglik sahələrində və məhsuldar kolleksiya bağlarında fitosanitar vəziyyətin öyrənilməsi, eyni növə aid sortnümunələrin xəstəlik törədicilərinə qarşı immunitetinin qiymətləndirilməsi üsulları mövzusunda tarla seminarı keçirilmişdir. ŞETB-nin direktoru və elmi əməkdaşları praktiki təlimlərdə iştirak etmişlər. Albalı, gilas, gavalı, ərik, əzgil, alma, armud, heyva, fındıq bitkiləri üzərində yayılmış xəstəlik və zərərvericilərin yoluxma səviyyəsi öyrənilmiş, kolleksiya bağında olan sortnümunələrin davamlılıq səviyyəsi qiymətləndirilmişdir. Seminarda xəstəlik və zərərvericilərin yayılma səviyyəsinin müəyyən edilməsi, xəstə orqanların fiksasiyası, nümunələrin analizə hazırlanması və laboratoriyaya daşınması üsulları, regionda xəstəlik və zərərvericilərə qarşı mübarizənin səmərəli təşkil edilməsində aqrotexniki, bioloji, kimyəvi və immunitetin stimullaşdırılması üsulları haqqında maarifləndirici və məlumatlandırıcı təlimlər keçirilmişdir.
15:48, 12.07.2024
GEİ-nin Şəki Elmi Tədqiqat Bazasında tarla seminarı keçirilmişdir