НОВОСТИ
11:32, 27.06.2024
Genetik Ehtiyatlar İnstitutunun daha bir gənc dissertantı fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 04.06.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun doktorantı İmmunogenetika şöbəsinin elmi işçisi Rəkidə Əminə Mərfət qızına 2409.01– “Genetika” ixtisası ilə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Rəkidə Əminə “Azərbaycanda becərilən ərik bitkisinin genetik müxtəlifliyinin və şarka xəstəliyinə davamlılığının tədqiqi” mövzusunda dissertasiya işini uğurla müdafiə edib.