НОВОСТИ
16:15, 30.05.2024
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
AR ETN Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 29 may 2024-cü il tarixində dissertant, iddiaçı b.ü.f.d. Mirzə Kamal oğlu Musayevin 2409.01- Genetika ixtisası üzrə elmler doktoru elmi dərəcəsi almaq üçün "Azərbaycanda üzüm (Vitis L.) və çaytikanı (Hippophae L.) cinslərinin genetik müxtəlifliyinin qiymətləndirilməsi və seleksiyada istifadəsi" mövzusunda dissertasiya işinin GEİ-nin şöbələrinin genişləndirilmiş elmi seminarında ilkin müzakirəsi keçirilib.
İddiaçı Mirzə Musayevin dissertasiya işinin müzakirəsi AAK-ın tələblərinə, prosedur qaydalarına uyğun aparılıb. Dissertasiya işinin müzakirəsi alim və mütəxəssislərin çoxsaylı suallarının iddiaçı tərəfindən əhatəli cavablandırılması şəraitində başa çatıb. Dissertasiya işinin nəticələrinin praktik, həm də çox böyük elmi nəzəri əhəmiyyəti bildirilib, irad və təkliflər nəzərə alınaraq növbəti müzakirəyə təqdim edilməsi haqqında qərar qəbul olunub.