НОВОСТИ
16:13, 18.04.2024
Genetik Ehtiyatlar İnstitutu 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu (GEİ) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul planı”na uyğun olaraq aşağıda göstərilən ixtisaslar üzrə büdcə hesabına fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına: 2409.01 – “Genetika” – 4 yer (2 əyani, 2 qiyabi (NDU üçün 1 məqsədli yer)); 3103.04 – “Seleksiya və toxumçuluq” – 2 yer (1 əyani, 1 qiyabi); Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına: 2409.01 – “Genetika” – 1 yer
Elmlər doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına: 2409.01 – “Genetika” – 1 yer (qiyabi) Elmlər doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına: 2409.01 – “Genetika” – 1 yer
Sənədlərin qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı vasitəsilə 16.04.2024-15.05.2024-cü il tarixlərində keçirilir. Əlavə məlumat almaq üçün GEİ-nin Təhsil şöbəsinə müraciət etmək olar.
Əlaqə nömrəsi: Tel.: (+99412) 449-92-21, mob.: (+994503559639).