НОВОСТИ
16:19, 02.02.2024
Genetik Ehtiyatlar İnstitutunda “Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 2 fevral - Gənclər Günü ilə bağlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov müəssisənin bütün gənclərini bu gün münasibətilə təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
O, Azərbaycanda Dövlət Gənclər Siyasətinin uğurla aparılmasından, ölkə prezidenti cənab İlham Əliyevin gənclərə qayğısından, gənclərimizin ölkənin bütün sahələrində uğurlu fəaliyyətlərindən bəhs etmişdir. Bildirmişdir ki, sözügedən diqqət və qayğının nəticəsində bir sıra dövlət proqramları yaradılmış, Gənclər günü, Gənclər fondu, Gənclər üçün prezident mükafatı təsis edilmişdir.
Z.Əkpərov, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədə gənclərin rolundan danışmışdır. Əlavə etmişdir ki, bizim ağıllı, intellektual, xalqını, vətənini sevən gəncliyimiz formalaşır və bununla fəxr etməliyik.
Daha sonra institutun Gənc alim və mütəxəssislər şurasının sədri Günel Musayeva Gənclər Gününün tarixindən bəhs edən məruzə ilə çıxış etmişdir.
Sonda Gənclər Gününə həsr olunan video-çarx nümayiş etdirilmişdir.