НОВОСТИ
11:05, 27.12.2023
Genetik Ehtiyatlar İnstitutunda respublika konfransı keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 2023-cü il 25-26 dekabr tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasnın 100 illiyinə həsr olunan “Genetik ehtiyatlarn mühafizəsi və səmərəli istifadsi: nailiyyətlər və perspektivlər” mövzusunda Respublika elmi konfransı keçirilib. GEİ-nin baş direktoru, konfransın sədri, AMEA-nın müxbir üzvü, prof. Zeynal Əkpərov tədbir iştirakçılarını salamlayıb, Dövlət Himni səsləndirilib, Konfransı açıq elan edib. Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə, həm də onun elm, təhsil və mədəniyyət sahəsində xidmətləri xüsusi ilə qeyd olunub. Konfrans öz işini ayrı-ayrı müvafiq bölmələrdə davam etdirib. Konfrans bununla da öz işini başa çatdırıb.