Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (ETN) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) 2023-cü il üzrə fəaliyyətinin yekunları ETN-nin tabeliyində olan institutların rəhbərlərinin, şöbə və laboratoriya müdirlərinin, mövzu iştirakçılarının iştirak etdiyi ETN Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda 2023-cü il 22 dekabrında keçirilən iclasda müzakirə olunub. AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova ilk öncə tədbir iştirakçılarını salamlayıb, iclası açıq elan edib. Təqdimat üçün söz GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərova verilib.Prof. Zeynal Əkpərov GEİ-nin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti, əldə edilmiş nailiyyətlər, elmi işlərin mühüm nəticələri, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından, Nazirlər Kabinetinin qərar və sərəncamlarından irəli gələn və dövlət proqramlarına uyğun olaraq ETN-nin müvafiq tapşırıqlarının icrası, həmçinin mövcud problemlər və perspektiv planlar haqqında ətraflı məlumat verib.Təqdimata uyğun olaraq verilmiş müzakirə iştirakçılarının çoxsaylı sualları cavablandırılıb. Akademik İradə Hüseynova GEİ-nin öz elmi nailiyyətləri ilə elmi tədqiqat müəssisələri arasında həmişə fərqləndiyini qeyd edərək, gələcəkdə də onun keçmiş ənənəsini müvəffəqiyyətlə davam etdirəcəyinə, habelə elmi nəticələrinin bütün fəaliyyət istiqamətləri üzrə daha da artacağına və məhsuldar olacağına əmin olduğunu bildirib. Təqdim edilən hesabat yekdilliklə qəbul edilib.
19:30, 24.12.2023
ETN Genetik Ehtiyatlar İnstitutunun elmi və elmi təşkilatı fəaliyyətinin yekunları müzakirə edilib